Toxunma qız ürəyinə Tez kövrəlib sına bilər Bəzən soyuq bir baxışdan Qız ürəyi dona bilər Qız ürəyi quş yuvası Əl vursan, quşlar hürküşər Pozular göydə sırası Durnalar da ayrı düşər Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar ♪ Toxunma qız ürəyinə Eşidər qızlar, inciyər Yerdə bulaqlar inciyər Göydə ulduzlar inciyər Küsdürmə qız ürəyini Küsər səndən öz ürəyin Günahından, taqsırından Heç zaman keçməz ürəyin Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar ♪ Sındırma qız ürəyini Ana qəlbinə qar yağar Duysan arzu-diləyimi Ana qəlbinə gün doğar