Hüsnünün seyrindən doymayır ürək Nə bəladır sənin qara gözlərin? Bir baxışda min cadu oxuyur Ömür çırağıdır yara gözlərin Gah coşub, gah xumar-xumar baxanda Şimşək kimi başım üstdə çaxanda Atəş olub dərdli canım yaxanda Uymasın, amandır, yada gözlərin ♪ Xəyalın fikrimi oynatdı birdən Qəlbimdə əksini gördüm bir səhər Saymadın, salmadın mənə bir nəzər Baxırdı, bilmirəm, hara gözlərin Gah coşub, gah xumar-xumar baxanda Şimşək kimi başım üstdə çaxanda Atəş olub dərdli canım yaxanda Uymasın, amandır, yada gözlərin ♪ Zamanə qızısan, mübariz, qoçaq Heyif ki, düşmüsən bizlərdən qaçaq Bir de mən də bilim, nə zaman, haçan Edəcək dərdimə çara gözlərin Gah coşub, gah xumar-xumar baxanda Şimşək kimi başım üstdə çaxanda Atəş olub dərdli canım yaxanda Uymasın, amandır, yada gözlərin