Xəzərinin sinəsi gah zil, gah da bəm olur Yarpaqların, güllərin niyə hərdən nəm olur? Səndən ayrı düşəndə könlüm dolu qəm olur ♪ Səndən ayrı düşəndə könlüm dolu qəm olur Qucağında Xəzərin yatıb, dincələn Bakı Qarı, çiskin yağışı, əyri-köndələn Bakı... Qucağında Xəzərin yatıb, dincələn Bakı Qarı, çiskin yağışı, əyri-köndələn Bakı ♪ Hələ neçə küçədə güllər dəstələnməyib Hələ neçə nəğmənin xalı bəstələnməyib Yüz il ömür sürəydim, bir gün xəstələnməyib ♪ Yüz il ömür sürəydim, bir gün xəstələnməyib Yazaydım, yaradaydım şah nəğməmi mən, Bakı Oxuyaydım hər yanda onu ürəkdən, Bakı Yazaydım, yaradaydım şah nəğməmi mən, Bakı Oxuyaydım hər yanda onu ürəkdən, Bakı Onu ürəkdən, Bakı