Kishore Kumar Hits

Çinarə Məlikzadə - Gecdir Daha lyrics

Artist: Çinarə Məlikzadə

album: Gecdir Daha


Yadındamı, onda dünya gözəl idi?
O məhəbbət hər sevgidən əzəl idi
Keçdi şirin çağlar, soldu yaşıl bağlar
Xatirələr ağlar, gecdir daha
Keçdi şirin çağlar, soldu yaşıl bağlar
Xatirələr ağlar, gecdir daha
O arzular sənsiz heçdir daha
O günlərə dönmək gecdir daha
Xatirələr nə istəyir bizdən?
Olan oldu bizə, keçdi daha
Olan oldu bizə, keçdi daha

Xatirələr çağırsa da, hara gedim?
Yadındamı, mən səninlə xoşbəxt idim?
Olan oldu keçdi, bu xəyallar heçdir
Bir də sevmək gecdir, gecdir daha
Soyuq yellər əsdi, illər yolumu kəsdi
Xatırladıq bəsdir, gecdir daha
O arzular sənsiz heçdir daha
O günlərə dönmək gecdir daha
Xatirələr nə istəyir bizdən?
Olan oldu bizə, keçdi daha
Olan oldu bizə, gecdir daha

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists