Bir gələn yenə birdə gələr deyirlər, inanmıram Məni sevgiyə düşmən elədi, məni bu eşqə inandıran Ağlımı Tanrı almış çoxdan Məcnuna bənzər bir hal Halımı bu hala salan o yara Leylaya inanmıram Baxanda gözləri alır qəlbimi bir daha baxmayacam Bilsəm yuxuma girəcək gecələr, bir daha yatmayacam Hər dəfə deyirəm özümə sondu, bir daha yazmayacam Zülfi-pərişana edilən duaya, vədaya inanmıram İnanmıram, inanmıram daha mən inanmıram Üzümə baxanda içimi əridən gözlərə inanmıram Sənsiz ölərəm yaşamaq nədir Dünyam səndən ibarət mənim Söyləyən o yarın dilindən axan sözlərə inanmıram Edəndə ruhuna musiqi həsri ağlıma əlbət gəlir o Qovuram ürəyimdən onu amma zənnimə xəlvət gəlir o Hər dəfə yuxuda görürəm bəzənib ömrümə mürvət gəlir o Mən artıq daldığım yuxuya, gördüyüm röyaya inanmıram Yazdım səni vərəq-vərəq, ürəyimə dərd elədim Mən özümü şimal dedim, sən özünü qərb elədin Uğrumda can verəcək qadınları qoydum qırağa Səni sevdim, bilirəm səhv elədim Uzaqdasan yaxın gəl biraz əllərim sənə çatmır Sən gedəndən dayanıb ürək yaxın gəl bəlkə atdı Başqa adamlarda məni tapma dedim min dəfə amma Başqa adamlarda məni min dəfə sən tapdın Vəhşi sular dalğasında bu sevginin üzür qayığı Yaralar sağalmır ki, hərdənbir qopur qabığı Mənim tanışlarımı qoy qırağa Vallah mənə bu mahnıları dinləyən milyonların gəlir yazığı Sadə adamı şair edib sevgiyə səni inandıran Yekəpər ağacların tumurcuğu fidandır an Səni mən sevəcəm əvvəlki tək demişdin amma Tumurcuğum mən sənə əvvəlkitək inanmıram İnanmıram, inanmıram daha mən inanmıram Üzümə baxanda içimi əridən gözlərə inanmıram Sənsiz ölərəm yaşamaq nədir Dünyam səndən ibarət mənim Söyləyən o yarın dilindən axan sözlərə inanmıram İnanmıram, inanmıram daha mən inanmıram Üzümə baxanda içimi əridən gözlərə inanmıram Sənsiz ölərəm yaşamaq nədir Dünyam səndən ibarət mənim Söyləyən o yarın dilindən axan sözlərə inanmıram