Hər gün işə gedəndə keçirəm eyni küçədən Səhər-səhər, günəş çıxmamış, sübh tezdən Qulağımda musiqi, fikirlər uçur beyindən Küçədə süpürgəçi neçə ildi eyni adam. Nə salamlaşarıq nə danışarıq elə addımlarıq Elə bil fərqli dəmir yollarında qatarlarıq Onun üzündəki sarğı toza qarşı deyil, inanmayın O qorxur tanıyan olar, gördüyü işindən utanır. Daha sonra metroda uniforma geymiş qadın, Tanış sərnişinlər, üst-üstə düşür iş vaxtımız Metroda gurultudan mahnıları dinləməy olmur Ona görə maksimum artırıram səsini telefonun Sosial şəbəkələrdə uzaq tanışlar, dostlar Neçə dəfə Like basmaq istəyib çıxmışam postdan. Hər gün ərzaq aldığım dükandakı cavan xanım. Yoldakı polis və digər tanımadığım Sadə adamlar çoxusu danışır ləhçəynən Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da biz doğmayıq Onlar həyatımın vacib bir parçası. Çoxusu danışır ləhçəynən Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da biz doğmayıq Onlar həyatımın vacib bir parçası. Bu səhər yuxudan oyandı içimdə yeni bir insan Süpürgəçinin adı Kazım dayı, "Dayı yorulmayasan!" Neçə il sənin zəhmətindi bax bu təmiz yollar, Dolardı çirk və tozla əziyyət çəkməsəydi qollar "Təbrik edirəm xanım! Bayramınız mübarək!" Gülümsəyin, bu gün Beynəlxalq Metropoliten İşçiləri Günüdür. "Sabahınız xeyir, dostlar!" Tanış deyilik amma hər səhər Bir vaqonda gediriy məncə "salam" üçün bəs edər Sosial şəbəkələrdə qarşılıqlı like-lardan Mən keçirəm həqiqətən bəyəndiyim xəbərlərə Xoşuma gəldi bəyənirəm, kim paylaşıb baxmıram. Mən deyiləm paxıl alverçi like-ı like-a satmıram. "Salam yoldaş, polis!" Bu gün başınız ağrımasın. Budur, gözəl xanım işləyən ərzaq mağazası. "Sizin gözləriniz o qədər gözəl ki, hər dəfə mən ərzaq seçəndə mütləq nəsə bir səhv edirəm..." Sözlərimdən, utanmayın xanım bu deyil yalan Sadəcə bir fikirdi, bir sözdü ürəydən gələn Beləcə keçir növbəti gün hörmətlə sevgiylə Görəsən Bakını dəyişə biləriymi biz birlikdə? Sadə adamlar çoxusu danışır ləhçəynən Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da biz doğmayıq Onlar həyatımın vacib bir parçası. Çoxusu danışır ləhçəynən Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da biz doğmayıq Onlar həyatımın vacib bir parçası. Növbəti gün küçədə yoxdur artıq Kazım dayı Yerinə başqa bir qadın, "Kazım dayı hardadı, xanım?" "Görəsən xəstələnib?" "Yox, dünən xahiş elədi Müdriyyətdən ki, onun dəyişsinlər təmizlədiyi küçəni" Metrodakı xanım üzünü çevirdi mən gələndə, Və vaqon yoldaşlarım keçiblər o biri vaqona Sosial şəbəkələrdə də dəyişməyib heç nə. Polisə yaxınlaşırdım qışqırdı: "Get öz atanla oyna!." Görəsən nolub insanlara? mən neylədim axı?. Hardandı üzlərindəki kədər təbbəssüm hanı?. Niyə hamı yağdırır bir birinə qarğışları? Ərzaq dükanında da gözləyirdi qızın qardaşları. Çoxusu danışır ləhçəynən Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da biz doğmayıq Onlaın həyatında yoxdu azadlıq Çoxusu danışır ləhçəynən Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da biz doğmayıq Onlar həyatımın vacib bir parçası.