Sevə-sevə doğmalıqdan yad olduq
Sevgimizin atəşindən yorulduq
Vüsala ya ayrılığa qovuşduq?
Harada qaldın, nə aradıq, nə sorduq?
Günlər ötdü, bizi bizdən elədi
Gözyaşımı içimə sel elədi
Kim ayırdı, görən, bizə neylədi?
Doğma ikən, yaxın ikən yad olduq
♪
Mən günahı öz-özümdə bilirəm
İnanıram, sevirəm, güvənirəm
Doğma bilib ürəyimi verirəm
İndi durub yana-yana deyirəm
Nədən belə ayrı düşdük, yad olduq?
Ayrı düşdük, yad olduq?
Su olmadıq, hər ikimiz od olduq
Su olmadıq, od olduq
♪
Bu sevgi ilə hər bir kəsin yadında
Nağıl olduq, şeir olduq, ad olduq
Tanrı bizi qovuşdurdu göylərdə
Yerdə isə gözə gəldik, yad olduq
Mən günahı öz-özümdə bilirəm
İnanıram, sevirəm, güvənirəm
Doğma bilib ürəyimi verirəm
İndi durub yana-yana deyirəm
Nədən belə ayrı düşdük, yad olduq?
Ayrı düşdük, yad olduq
Su olmadıq, hər ikimiz od olduq
Su olmadıq, od olduq
Nədən belə ayrı düşdük, yad olduq?
Ayrı düşdük, yad olduq
Su olmadıq, hər ikimiz od olduq
Su olmadıq, od olduq
Поcмотреть все песни артиста