Hanı o günlərim Səfalı dəmlərim? Yazıq Nigar, yazıq Nigar Bütün bahar əsir ikən bu evdə sən Nə sevgi var, nə yar ♪ Yox ahuzarımı eşitdirən yara Keçirdiyim həyat gecəm kimi qara Dedim gələr bahar, olar yanımda yar O yarımdan məni ayırdı ruzigar Qəfəsdədir Nigar Qəfəsdədir Nigar Nə bir nəfər kömək verən Nə dindirən, nə rəhm edən Mənə ♪ Nə bir nəfər kömək verən Nə dindirən, nə rəhm edən Bu eşq, bu məhəbbət Əsiri-daim-zülmət ♪ Bu dərdü-qəm, bu möhnət Bu ayrılıq, bu firqət Bütün düşüncə, həsrət Yazıq Nigara qismət